- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«İslam oyunlarında qızıl medal qazandığıma görə çox sevinirəm. Yarımfinalda iranlı rəqibimlə əvvəllər də qarşılaşmışdım. Bu dəfə ona Vətəndə qalib gəldəyim üçün şadam».
Allsport.az saytı xəbər verir ki, bunu sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) dedi. Rio-2016-nın bürünc mükafatçısının sözünə görə, bəzi öncül bahadırlarımızın baş mükafata sahib çıxa bilməməsini gözləməyib: «Komandamızın kapitanı Cəbrayıl Həsənovun medalsız qalmağını gözləmirdim. Amma bu idmandır, hər cür sonluğa hazır olmalısan. Qismət, nə etmək olar? Rəsul Cunayev 1-ci yer tuta bilməsə də, bürünc medal qazandı, buna sevinirəm».
Titullu idmançımız növbəti hədəfi açıqladı. Bildirdi ki, indii əsas məqsədi Parisdə təşkil olunacaq dünya çempionatında 1-ci yer tutmaqdır: «Bir neçə aydın sonra Fransa paytaxtında dünya çempionatı keçiriləcək.O yarışda qalib gəlib 3-qat dünya çempionu olmaq niyyətindəyəm».