- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AGF-in bazasında sərbəst güləş yığmasının açıq məşqi baş tutub. Allsport.az saytı xəbər verir ki, olimpiya mükafatçısı, 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev çalışmanı belə qitmətləndirib:
“Gördüyünüz kimi, məşqlərimiz açıq havada davam edir. Dekabrda dünya çempionatı keçirilə bilər. Biz də buna hazırlaşırıq. Ancaq bu yarış ləğv olunsa belə, yenə də məşqlərimizi davam etdirməliyik ki, formada qalaq.
Karantin dövründə daha çox fiziki hazırlığa üstünlük vermişik. Mənə elə gəlir ki, bütün güləşçilərin fiziki durumu qaydasındadır. Sərt karantin günlərində də məşqlərimizə ara vermədik. Ev şəraitində məşq edirdik”.