- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov ötən gün komandanın bazasını ziyarət edib. Allsport.az azerisport.az saytına istinadən xəbər verir ki, Məmmədov baş məşqçi İbrahim Uzunca və rəhbərlikdə təmsil olunan şəxslərlə danışıb.
Vitse-prezident Yaşar Seyidovun verdiyi məlumata görə, Hafiz Məmmədov yaxınlarda komandanın problemlərinin həll olunacağını və hər zaman olduğu kimi gələcəkdə də “Bakı”ya dəstək olacağını bəyan edib:
“Dünyanın müxtəlif yerlərində, eləcə də futbol klublarında maliyyə probleminə rast gəlinir. Əsas həmin problemləri həll etməkdir. Hazırda klubun problemlərinin həll olunması üçün çalışırıq. Komandanın gələcəkdə də azarkeşləri sevindirməsi üçün lazımi tədbirlər həyata keçiriləcək”.
“Bakı” klubunun bütün işçilərinin yaxın günlər ərzində məvaciblərini alacağını söyləyən Hafiz Məmmədov bu barədə müvafiq şəxslərə göstəriş verib. Sonra “Bakı”nın sahibi bazadakı stadionların vəziyyəti, aşağı yaş qrupları üzrə komandaların oyunlarıyla maraqlanıb.
Qeyd edək ki, iki gün əvvəl klubun futbolçuları son ay üçün məvaciblərini alıb. Komandada təmsil olunan digər şəxslər isə pulunu yaxın günlərdə alacaq.