- Baxış sayı: 50
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 147
- Fevral 04, 2026
- 0
UEFA tərəfindən FIFA dərəcəli hakimlərimizə yeni təyinatlar verilib. Allsport.az xəbər verir ki, Rəhim Həsənov oktyabrın 21-də, Tiflis şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.
Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.