- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanın güləş hakimlərinin növbəti vebinarı baş tutub. Allsport.az xəbər verir ki, hakimlər kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi ilə keçən onlayn seminarda əvvəlcə sərbəst və yunan-Roma güləşində passiv hərəkətlər izah olunub.
Sonra isə ötən vebinarda olduğu kimi, müxtəlif görüşlərdəki mübahisəli epizodların görüntüləri nümayiş etdirilib və həmin epizodlar qarşılıqlı müzakirə əsasında qiymətləndirilib. Bu tip onlayn seminarlar davam etdiriləcək.
Sonda onu da nəzərinizə çatdıraq ki, Dünya güləş birliyi pandemiya ilə bağlı olaraq, çox az sayda beynəlxalq yarış keçirildiyi üçün hakimlərin kateqoriyasında heç bir dəyişiklik etməyəcək.