- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyasının hakimlər komitəsinin rəhbəri Mətin Rəhimli, 10-15 mayda Qazaxıstanın Almatı şəhərində beynəlxalq cüdo federasiyası tərəfindən təlimdə iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, toplantı çərçivəsində keçirilən imtahanda “A” dərəcəyə yiyələnib.
Bu gün onun tərəfindən həmin təlimdə qazanılan nəzəri və praktiki biliklərin əsasında “Cüdo-2012” klubunda seminar keçirilib. Aparıcı referilərimizin iştirak etdiyi seminarda yarışların daha dəqiq və səmərli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilib.
ACF, həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərinin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəkdir.