- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2014-cü ilin fevralından 2015-ci ilin yanvarınadək olan dövr üçün orta reytinq üzrə ilk qırx şahmatçının siyahısını dərc edib. Allsport.az xəbər verir ki, orta reytinq əmsalı 2725-dən yuxarı olan oyunçular Bakıda Dünya Kubokuna vəsiqə qazanıblar.
Reytinq üzrə ilk qırx şahmatçı siyahısına iki azərbaycanlı qrossmeysterin adı daxildir. Azərbaycan kişi yığmasının lideri Şəhriyar Məmmədyarov 2755 reytinq əmsalı ilə 12-ci, Teymur Rəcəbov isə 2722 əmsal ilə 35-ci yeri tutur. Turnir cədvəlində birinci yerdə isə norveçli Maqnus Karlsendir (2872).
Qaydalara görə, siyahı üzrə ilk 18 şahmatçı birbaşa bu ilin Dünya Kuboku yarışına düşür, digərləri isə ehtiyatda saxlanır. Lakin bugünə orta reytinq əmsalı 2725-dən yuxarı olan şahmatçıların hamısı – ya əmsala, ya da Əsasnamədə qeyd edilən digər meyarlar üzrə Dünya Kubokunun heyətinə daxil edilib.
Dünya Kuboku sentyabrın 10-dan oktyabrın 4-dək Bakıda keçiriləcək. Bu, FİDE nümayəndə heyətinin Bakıya yoxlama səfəri zamanı məlum olub. Xatırladaq ki, Dünya kuboku yarışını keçirmək hüququnu Azərbaycan Ümumdünya Şahmat Olimpiadası 2016 ilə birlikdə alıb. Ölkəmiz bu iki turniri keçirmək hüququnu üç il bundan əvvəl FİDE-nin İstanbulda keçirilən konqresində əldə edib.