- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Rusiya Şahmat Federasiyasının prezidenti, eləcə də bu ölkənin kişilərdən ibarət milli komandasının baş məşqçisi Andrey Filatov Bakıda keçiriləçək Şahmat olimpiadasında qarşıya makimal vəzifələr qoyulduğunu deyib. Allsport.az saytı xəbər verir ki, 2002-ci ildən bəri olimpiadalarda qalib gələ bilməyən, bundan əvvəlki turnirdə (2014-cü ildə) 4-cü yeri tutan şimal yığmasının heyətində Vladimir Kramnik, Sergey Karyagin, Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski və Yan Nepomnyaşşi yer alıblar.
Rusiyalı mütəxəssis son vəziyyəti belə dəyərləndirib: “Biz olimpiadada yalnız qalib gəlmək əzmindəyik və opponentlərimiz üçün sürprizlər hazırlamışıq. Lakin olimpiadada qalib gəlmək üçün neçə görüşdə udmalı olduğumuzu deyə bilmərik, biz hər bir matçda var gücümüzlə oynayacağıq. Şatmatçıların lövhələr üzrə paylanmasına dair qərar qəbul etmişik, lakin bunu son dəqiqədə elan edəcəyik. Komandanın hazırlıq səviyyəsindən razıyammı? Mən yalnız o vaxt razı ola bilərəm ki, nəticə olsun, onda hazırlığımızın nə dərəcədə səmərəli olduğunu qiymətləndirmək mümkün olacaq. Hələlik onu deyə bilərəm ki, bütün şahmatçılar sağ-salamatdır və xarici görkəmləri pis deyil.
ABŞ yığması hazırda reytinqə görə birinci yerdədir. Bu, ən güclü yığmadır. Çinli dostlarımız 2014-cü ilin olimpiya çempionlarıdır. Fransa komandası çox güclüdür. Azərbaycan yığması da yaxşı və parlaq komandadır. Ümumiyyətlə, bütün yığmalar çox güclüdür. Norveç yığması hər cür sürpriz edə bilər. Bütün komandaların qalib gəlmək şansları yaxşıdır və mən zəif yığma görmürəm. Komandaların hər biri digər komandaların hər hansı birinə qalib gələ bilər.
Amerikalılar çox aqressiv əhvaldadır, onlar yalnız qalib gəlmək əzmindədirlər. Harri Kasparovun komandanın kapitanı kimi öz vətəni Bakıya gəlib-gəlməyəcəyi əsas intriqa mövzusudur. Belə bir məlumat yayılmışdı ki, o, olimpiada ərəfəsində ABŞ yığmasını hazırlaşdırıb və şahmatçılarla məşq partiyaları oynayıb. Onun səhnə arxasında qalıb-qalmayacağı məlum deyil”.
Bakıda Şahmat Olimpiadası sentyabrın 1-dən 14-dək keçiriləcək. 1-ci turun oyunları sentyabrın 2-nə təyin edilib.