- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya birgə Avropa çempionatına ev sahibi olacaqlar. Allsport.az saytı xəbər verir ki, millimizin hücumçusu Nikalina Başnakova yarışa hazırlıqla bağlı bunu söyləyib:
“Avropa çempionatına ilkin hazırlıq prosesindən, daha dəqiq Bakıda komanda olaraq toplaşmazdan əvvəl millimizin bütün oyunçuları məşqçilər tərəfindən müəyyən edilmiş fitnes proqramı əsasında fiziki məşqlər üzərində səylə çalışırdı.
Ardınca zalda ciddi məşqlərə başladıq. Bütün bunlar komandamızın oyun sxemi və taxtikasının inkişafına töhfə verir. Oyunçuların tam formalaşması və bir-birimizə lazımi şəkildə uyğunlaşmağımız üçün hər şey ən xırda detaladək çalışılır. Biz məşqçilər korpusunun əməyini yüksək qiymətləndiririk.
Yoxlama oyunları güclü və zəif tərəflərimizi müəyyənləşdirməyə, həmçinin səhvlərimiz üzərində çalışmağa şərait yaradır.
Komanda şəklində hazırlığımız tam sürətlə davam edir. Bu da bizə qarşımıza qoyulan məqsədə çatmaq üçün, yəni Avropa çempionatında layiqli şəkildə çıxış etmək üçün kömək olacaq”.