- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Öncədən çətin olacağını bilirdik. Bu günə qədər oyuna hazırlaşdığımızı sahədə göstərə bildik”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao deyib. 25 yaşlı braziliyalı futbolçunun sözünə görə, rəqibin azlıqda qalması onlara xeyli kömək edib:
“HİK onsuz da müdafiədə yaxşı idi. Sevinirik ki, onların arxa xəttini tara bildik. Ümumən, avrokuboklarda asan rəqib olmur. Növbəti mərhələdə Sloveniya çempionu “Omoniya”dır. Onu da keçməyə çalışacağıq”.
Ağdam təmsilçisi Avropa liqasının cavab oyununda Finlandiyada “Helsinki”yə 2:1 qalib gəlib. Bakıda ilk matçda da eyni hesab qeydə alınmışdı.