- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Heydər Əliyev fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan cüdo federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb. Allsport.az saytı xəbər verir ki, bu barədə oxu.az-a onun həyat yoldaşı məlumat verib.
O, Heydər Əliyev fondunun həmkarımızın anası Zöhrə Hüseynovanın müraciətinə cavab verdiyini deyib: “Fond tərəfindən Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı məsələ nəzarətdə saxlanılacaq. Zəruri olan bütün tədbirlər görüləcək. İnşallah Elnur tez zamanda sağalar”.
Kkoronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova 1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.