- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 5-16 yaşlılar iştirak edib. 2 saatdan artıq davam edən mübarizədə ilk 3 sıranı müvafiq olaraq Qanlı Alpərən, İzzət Quliyev və İsmayıl Qurbanov tutblar.
Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və “Ağ At” şahmat klubunun müəllimləri və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov nəzarət ediblər. Qaliblər sertifikat və medallarla təltif olunub. Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.