- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük dəbilqə” turnirinin təntənəli açılışı oldu. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov yarış iştirakçılarını salamlayıb və onlara qələbə arzulaydı:
“Azərbaycanda idmanın inkişafı dünya ictimaiyyətinə bəllidir. Ölkəmizdə müxtəlif idman tədbirləri keçirilməkdədir. Buna misal olaraq I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, “Formula 1” yarışlarını misal göstərmək olar. Ötən ilin sentyabrında Bakıda cüdo üzrə dünya çempionatı baş tutub . “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalı verən “Böyük dəbilqə” turniri də bu qəbildəndir” .
Beynəlxalq cüdo federasiyasının idman direktoru Vladimir Barta möhtşəm qonaqpərvərlik və təşkilatçılığa görə dərin minnətdarlığını bildirdi.
Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev “ Böyük dəbilqə”nin yüksək səviyyədə keçəcəyinə inandığını bildirib və idmançılara uğurlar diləyib. Qurum rəhbəri çıxışının sonunda turniri açıq elan edib. Ardınca dövlət və beynəlxalq cüdo federasiyasının himnləri səsləndi. Sonra Azərbaycanda keçirilmiş mötəbər yarışlardan görüntülərini yer aldığı videoçarx nümayiş olunub.
Açılış mərasimi bədii hissə ilə davam etdi.