Hidayət Heydərov da 5-ci oldu, 720 xal qazandı

Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün daha 4 milli üzvüi mübarizəyə qoşulub. Onlardan ən yaxşı nəticəni Hidayət Heydərov (73 kq) göstərib.

“C” qrupunda mozambikli, çex və italiyalı rəqiblərini üstələyən tatami ustamız, türkiyəli Bilal Çioğluna uduzsa da, təsəllivericidə macarıstanlı olimpiya mükafatçısı Miklos Unqvarini üstələyib. 3-cü yer uğrunda görüşdə yaponiyalı dünya çempionu Soiçi Haşimotoya “qızıl xal”da ipponla yenilib.

Rəqabətin ilk günündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, dünən Orxan Səfərov (66 kq) 5-ci olub,

Dünya çempionatında ilk yeri tutan 2000, gümüş mükafatçı 1400, 3-ci sıraya çıxanlar 1000, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 720 və 520 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan