Holandla Vinisiusa 200 milyon avro qiymət qoyuldu

Futbolçuların bazar dəyərinin qiymətləndirilməsi edən “Transfermarkt” portalı dünyanın ən bahalı futbolçularının reytinqini yeniləyib.
Allsport.az xəbər verir ki, reytinqin liderləri “Mançester Siti”nin hücumçusu Erlinq Holand və “Real”ın hücumçusu Vinisius Junior olub. Hər iki futbolçu 200 milyon avro dəyərində qiymətləndirilib.
İlk 11-liyə həmçinin “Real”ın futbolçuları Cud Bellinqhem (180 milyon avro), Kilyan Mbappe (180 milyon avro), “Barselona”nın vinqeri Lamin Yamal (150 milyon avro), “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden (150 milyon avro), “Arsenal”ın vinqeri Bukayo Saka (140 milyon avro), “Bayer”in yarımmüdafiəçisi Florian Virtz (130 milyon avro), “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala (130 milyon avro), “Real”ın yarımmüdafiəçisi Federiko Valverde (130 milyon avro) və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri (130 milyon avro) də daxil edilib.

Həmin kateqoriyadan