Holland müdafiəsi Norveç qrossmeysterinin dadına çatdı

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2015 super turnirinin III turunda dünya çempionu Maqnus Karlsen italiyalı Fabiano Karuana üzərində qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qalib şahmatçı bunu deyib:

“Ötən il Şəmkirdə keçirilən turnirin ilk dövrəsində məğlub olmuşdum. Amma revanş barədə qəti düşünmürəm. Sadəcə yaxşı oynamaqla qələbə qazanmaq istəyirdim. Etiraf edim ki, ciddi hazırlaşmışdım.

Holland müdafiəsindən istifadə etdim. Rəqibin vaxtla bağlı problemi var idi. Belədə rahat oynamaq mümkündür. Məşqçinin dediklərini etdim və sonra artıq partiyanı uğurlu sonluğa çatdırmaq lazım idi. Qələbə layiqli oldu”.

Həmin kateqoriyadan