- Baxış sayı: 24
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çətinliklərimiz var. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə salır. Sadəcə, qol epizodlarında səhvlərimiz var. Gənc oyunçuların yetişməsində bizə hər kəs köməklik etsin. Mən demirəm ki, bizim komandaya yardım etsinlər. Sadəcə, penalti epizodunda bir qədər diqqətli olsunlar. Düşünürəm ki, “İnter”in bizi məğlub etməsi üçün penaltiyə ehtiyacı yoxdur. Biz əziyyət çəkirik. Ardıcıl məğlubiyyətlər futbolçularıma pis təsir edir. Soyunub-geyinmə otağında ağlayırlar”.