- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirinin qalibi vaxtından əvvəl müəyyənləşib. Allsport.az xəbər verir ki, 13-cü turda ağ fiqurlarla Maksim Vaşe-Laqravla (Fransa) heç-heçə edən Rusiya təmsilçisi Yan Nepomnyaşi xalların sayını 8,5-ə çatdırmaqla turnirin qalibi olub.
Beləliklə, Yan Nepomnyaşi bu il noyabrın 24-dən dekabrın 16-dək Dubayda keçiriləcək şahmat tacı uğrunda yarışda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq.