İdman akademiyasında psixoloji bərpa üzrə seminar

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında idman psixologiyasının öyrənilməsi, bu sahədə elmi potensialın inkişafı, idmançıların psixoloji hazırlığının artırılması və psixoloji reabilitasiyanın tətbiqi məqsədilə mütəmadi olaraq həm akademik, həm də metodik potensialın gücləndirilməsi istiqamətində işlər davam etdirilir. İdman psixologiyasının dərindən öyrənilməsi və tədqiq edilməsi isə bu sahədə köklü inkişafa və bacarıqlı kadrların hazırlanmasına təkan verəcək.

Allsport.az saytı xəbər verir ki, bu baxımdan AZDBTİA-da bakalavr və magistratura təhsil səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman tibbi və reabilitasiya” ixtisasları üzrə təhsil alan tələbələrin idman psixologiyası sahəsində biliklərinin təkmilləşdirilməsi və metodik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İsrailin “Ariel” universitetinin səhiyyə idarəetmə departamentinin professoru, “Mental” sağlamlıq mərkəzinin direktoru Anatoli Kreininin ölkəyə səfəri çərçivəsində “Posttravmatik stres pozuntusu bio-psixi-sosial problem kimi” mövzusunda seminarı başlayıb.

2 gün davam edəcək seminarda həmçinin müdafiə, daxili işlər, fövqəladə hallar, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidməti, dövlət gömrük komitəsi və tibbi ərazi bölmələrini idarəetmə birliyinin mütəxəssisləri də iştirak edirlər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish