Cüdo millisinin baş həkimi ACB-nin tibb komissiyasına üzv seçilib

Azərbaycan cüdo federasiyasının həkimləri İstanbulda beynəlxalq seminarda iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, məşğələnin gedişində millinin baş həkimi Ramil Vəliyev Avropa cüdo birliyinin tibb komissiyasının üzvü seçilib. 

O, gələn ildən etibarən ACB-nin təqvimində olan yarışlarda komissar həkim kimi fəaliyyət göstərəcək. Həmyerlimiz orada fəaliyyət göstərəcək ilk azərbaycanlı həkim olacaq.

Ramil Vəliyev 2012-ci ildən çalışır və ötən ildən baş həkim təyin edilib.

Həmin kateqoriyadan