“İdman Akademiyası”nın kapitanı: “Bakı”nın hesabı öz xeyirinə dəyişməsinə imkan vermədik

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsinin 13-cü və 14-cü turlarında “İdman Akademiyası” hər 2 oyunda son ölkə çempionu “Bakı”nı üstələyib – 36:31, 39:25. yarış cədvəlinin zirvəsində yerini möhkəmləndirib. “Tələbələr”in orta sahə oyunçusu Sadiq Arixov (şəkildə “99” nömrə) matç barədə allsport.az saytına bunu söyləyib:

“Oyun çox maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdi. Rəqib hesabı öz xeyirinə dəyişmək istəsə də, biz onlara imkan vermədik. Görüş zamanı bəzi səhvlərə yol verdik. Baş məşqçi Vidadi Əliyev ilə birgə məşqlərdə onların üzərində işləyəcəyik. “Bakı”ya öz təşəkkürümü bildirirəm və gələcək oyunlarda uğurlar arzuluyıram”.

Həmin kateqoriyadan