- Baxış sayı: 33
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 57
- Noyabr 21, 2024
- 0
“AHF arena”da kişi həndbolçiların yüksək dəstəsinin 11-ci və 12-ci turlarında “İdman Akademiyası” ölkə çempionatının naməğlub klubu “Dinamo”nu hər 2 matçda məyus etdi (27:25, 32:31). Baxmayayaq ki, “polislər”də legionçu var. Üstəlik, təcrübəli oyunçuların sayı rəqibdən çoxdur. Görüşdən sonra “tələbələr”in kapitanı Sabir Nəzərəliyev (şəkildə hücumda) allsport.az saytına qələbəni şərh edib:
“Bildiyiniz kimi, bizim klubda mən va qapıçı Hüseyn Qafarovdan başqa, hamısı gənc heyətdir. Əsas oyunçular 20-21 yaşlılardır. Qələbəyə gəlincə, uşaqlar onlara verilən tapşırığı düzgün yerinə yetirdilər. Hər klubun öz taktikası var. Biz çalışdıq ki, rəqibin güclü tərəfindən müdafiə olunaq, zəif yerlərindən düzgün istifadə edək”.