- Baxış sayı: 40
- 06 Fevral 2026 11:56
- Baxış sayı: 95
- Fevral 06, 2026
- 0

Gənclər və idman nazirliyi “İdman həftəsi” çərçivəsində 4 uşaq evinin iştirakı ilə əyləncəli idman dırmanması yarışı təşkil edib.
Allsport.az xəbər verir ki, Azərbaycan alpinizm federasiyasının dəstəyi ilə keçirilən yarışlarda oğlanlar arasında 2 saylı uşaq evi (Bakı) birinci olub. 1 saylı uşaq evi (Bakı) yarışı ikinci, Gəncə şəhər uşaq evi üçüncü yerdə tamamlayıblar. Qızlar arasında 1 saylı uşaq evi (Bakı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2 saylı uşaq evi (Bakı) ikinci, Gəncə şəhər uşaq evi isə üçüncü yeri tutublar.