İdman gimnastlarımız dünya çempionatı ərəfəsində

İdman gimnastika üzrə milli Dohada keçiriləcək dünya çempionatında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, heyətdə Murad Ağarzayev, Timur Bayramov, Darya Morozova, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova daxildirlər.

Yarış Qətər paytaxtının idman kompleksinə daxil olan, dünyanın ən iri qapalı qurğularından biri – “Aspire Dome” arenasında təşkil ediləcək. 43-cü dünya çempionatı reytinq üzrə keçirilir. 24 ən yaxşı komanda 2019-cu il dünya birinciliyinə vəsiqə qazanacaq. Bu rəqabət Tokio-2020 yay olimpiya oyunlarına əmsal göstəricilərini müəyyənləşdirəcək. Çempionata oktyabrın 25-də start veriləcək.

Gimnastlar 42 medal dəsti uğrunda mübarizə aparacaqlar. Bunlardan 6-sı qadın, 8-i isə kişi gimnastikası növləri üçün nəzərdə tutulub. 44 il ərzində ilk dəfə olaraq, gimnastika üzrə dünya çempionatının qızıl, gümüş və bürünc medallarının sahibləri olimpiadaya 4 növ üzrə komanda vəsiqələri qazanacaqlar.

İlkin məlumata görə, yarışlarda 84 milli yığma iştirak edəcək. Artıq 664 nəfər, o cümlədən 312 qadın və 352 kişi idmançı qeydiyyatdan keçib.

2018-ci il dünya çempionatı oktyabrın 25-dən noyabrın 3-dək davam edəcək. İlk iki gün kişi və qadın gimnastların seçmə yarışları keçiriləcək. Komandaların final yarışları oktyabrın 29-30-na planlaşdırılıb, daha sonra – oktyabrın 31-i və noyabrın 1-də mütləq birinciliyin final oyunları təşkil olunacaq.

Həmin kateqoriyadan