- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Fevralın 27-də 5 Mart – Bədən tərbiyəsi və idman gününə idman jurnalistləri arasında şahmat yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “İdman birləşdirir” şüarı ilə yarış 9 turdan ibarət olacaq.
Reqlamentə əsasən, hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq. İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və qiymətli hədiyyələr veriləcək.
Yarış Azərbaycan şahmat federasiyası və Azərbaycan idman jurnalistləri federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.