- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, İyulun 21-də gənclər və idman nazirliyi, şahmat federasiyasının təşkilatçılığı ilə 22 iyul – Milli mətbuat gününə idman jurnalistləri arasında şahmat turniri keçiriləcək.
Qaydaya əsasən, hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək. 7 turdan sonra qaydalara uyğun olaraq ilk 3 yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim olunacaq.
Turnir “Sirab”, “Azərçay” və “Coffee N Joy”un dəstəyi ilə baş tutacaq.