- Baxış sayı: 287
- 02 Dekabr 2024 20:12
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Azərbaycan idmançıları Qazaxıstanda keçirilən II türk dövlətləri universiadasında 7 medal qazanıblar.
Allsport.az xəbər verir ki, milli üzvləri 3 qızıl, 2 gümüş, 2 bürünc medala yiyələniblər.
Cüdoçu Ramilə Əliyeva (48 kq), sərbəst güləşçilər Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) Universiadanın qalibi olublar.
Sərbəst güləşçilərdən Aydın Əhmədov (125 kq) ikinci, Sahib Dadaşov (79 kq) üçüncü yeri tutublar. Cüdoçulardan isə Eltac Yusifli (66 kq) fəxri kürsünün ikinci, Elcan Şəfiyev (81 kq) isə üçüncü pilləsinə qalxıblar.