II tura Tovuzda start veriləcək

Azərbaycan kubokunun II təsnifat mərhələsinin proqramı bəlli olub.

Allsport.az xəbər verir ki, bu barədə peşəkar futbol liqasının rəsmi saytı məlumat yayıb.

“Turan Tovuz” – “Hypers Guba” matçı oktyabrın 28-də, saat 20:00-da start götürəcək.

Azərbaycan kuboku

II təsnifat mərhələsi

28 oktyabr (bazar ertəsi)

20:00. “Turan Tovuz” – “Hypers Guba”
Tovuz şəhər stadionu

29 oktyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Şimal”
“Kapital bank arena” (ehtiyat meydan)

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
“Liv Bona Dea arena”

16:00. “Ağdaş” – “Kəpəz”
Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”
“ASCO arena”

30 oktyabr (çərşənbə)

14:00. “Şamaxı” – “Şəmkir”
Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Karvan”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Şəfa” – “Difai”
“ASK arena”

31 oktyabr (cümə axşamı)

14:00. “İmişli” – “Cəbrayıl”
Şamaxı olimpiya idman kompleksinin stadionu

15:00. “Qəbələ” – “Baku Sportinq”
Qəbələ şəhər stadionu

II təsnifat mərhələsində iştirak edən II Liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Premyer Liqada mübarizə aparan klubları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar elitada çıxış edən komandaların stadionunda reallaşacaq.

İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı olimpiya idman kompleksində baş tutacaq.

Həmin kateqoriyadan