- Baxış sayı: 36
- 14 Dekabr 2025 10:42
- Baxış sayı: 673
- Dekabr 12, 2025
- 0

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib. Allsport.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan yığmasının 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.
Qardaş Rəhimov (46 kq) Misteak Rama (Albaniya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/2 finalda Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşacaq.
Şükar Əliyev (75 kq) də 1/4 final döyüşündən qalib ayrılıb. O, Yannik Müllerdən (Almaniya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28). Əliyev yarımfinalda Aleks Domjanla (Macarıstan) döyüşəcək.
Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.
Avropa çempionatında daha 3 boksçumuz 1/4 final döyüşünə çıxacaq.