- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İki cüdoçumuz Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq. Allsport.az xəbər verir ki, kişilər arasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev Orelyen Diss (Fransa), Komronşoh Usopirion (Tacikistan) və Kristian Tota (Macarıstan) qalib gələrək yarımfinala yüksəlib.
Növbəti mərhələdə ispaniyalı rəqibi Nikoloz Şerazadişvilinin öhdəsindən gələ bilməyən cüdoçumuz 3-ccü yer uğrunda mübarizəyə qatılmalı olub. O, bürünc medal uğrunda görüşdə gürcüstanlı Beka Qviniaşvili ilə qarşılaşacaq.
Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) də üçüncü yer uğrunda görüşdə iştirak edəcək. İdmançımız yarımfinala gedən yolda Boris Georgiyevə (Bolqarıstan), Toma Nikiforova (Balarus) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Onis Saniblidzeyə uduzub. İdmançımız təsəlliverici görüşdə Çili təmsilçisi Tomas Briselonu mübarizədən kənarlaşdırıb. 3-cü yer uğrunda qarşılaşmada təmsilçimizin rəqibi Rusiya idmançısı Niyaz İlyasov olacaq.
Digər cüdoçularımızdan Elmar Qasımov (100 kq) ilk görüşdə İoakim Dvarbinini (İsveç) məğlub etsə də ikinci qarşılaşmada gürcüstanlı Onis Saniblidzeyə uduzub.
Ağır çəkili (+100 kq) cüdoçuların yarışında Uşangi Kokauri Niderland təmsilçisi Ben Spiykers, Camal Feyziyev isə İsrail idmançısı Serafim Kompanyes ilə ilk görüşdə məğlub olublar.
Buna qədər cüdoçumuz Davud Məmmədsoy (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü Nicat Şıxəlizadə (66 kq) isə yeddinci yeri tutub.