- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Allsport.az xəbər verir ki, aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək.
Turnirdə Azərbaycanın 2 şahmatçısı – Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq.
Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda yarışacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur.
Ümumilikdə memorialda 11 ölkədən şahmatçılar iştirak edəcək.