- Baxış sayı: 33
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Düz 2 aydır “taclı bəla” idmançılarımızı böyük idmandan uzaq salıb. Allsport.az saytının məlumatına görə, mükafatçılarımız “Evdə qal, idmansız qalma” şüarını əsas tutaraq öz məkanlarında bədən tərbiyəsi ilə məşğul olsalar da, əsas məşqlər üçün çox darıxırlar.
Karate üzrə 5-qat dünya və 10-qat qitə çempionu Rafael Ağayev, MMA döyüşçüləri – Tural Rəhimov, Vüqar Kərəmov və Mehman Məmmədov sosial şəbəkədə karantindən öncəki bir şəkil paylaşıblar. Elastikliyi qorumaq üçün müntəzəm stadionda futbol oynayan bahadırlar, fotoqrafın obyektivinə tuş gəliblər.
Fərəhlidir ki, qaliblərin hamısı milli idman brendi “İl’Azero” geyinir. Polşada istehsal olunan məhsullar gözəl tərtibatı, yerli naxışları, nəfis və keyfiyyətli parçası ilə seçilir. Şirkətin rəhbəri tanınmış voleybol meneceri İlqar İmamquliyevdir.