İlham Əliyev Şahmat olimpiadasında ilk gedişi edib

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. Allsport.az saytı xəbər verir ki, prezident İlham Əliyev mötəbər yarışın keçirildiyi “Büllur saray”da olub. İlk olaraq oyun zalını ziyarət edən dövlət başçısı millinin üzvü Şəhriyar Məmmədyarov və Zimbabve təmsilçisi Rodvell Makaton, eləcə də rusiyalı Aleksandra Kostyunyuk və şotlandiyalı Ketevan Araxamie-Qrantın görüşlərində ilk gedişi edib.

Əlil idmançılarla görüşən dövlət başçısı daha sonra təhlil otağı, mətbuat mərkəzi və şərhçilər otağında olub. Ölkə başçısı olimpiadanın sərgi zalını ziyarət edib. Yaradılan şəraitdən razılığını ifadə edən ölkə başçısı təşkilaçılığı yüksək qiymətləndirib. Sonda isə ölkə prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında şahmat olimpiadasının əhəmiyyətindən söz açıb:

“Şahmat Olimpiadası Azərbaycan idmanı üçün mühüm əhəmiyyət kəsb edir. Bu idman növünün ölkəmizdə böyük ənənələri var. Azərbaycan son illər bir çox idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Əminliklə söyləmək olar ki, ölkəmiz şahmat olimpiadasını da ən yüksək səviyyədə təşkil edəcək. Bütün iştirakçı komandalara uğurlar arzulayıram”.

Həmin kateqoriyadan