- Baxış sayı: 36
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Heydər Əliyev adına idman sarayında “Böyük dəbilqə” turnirinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov ölkəyə səfər edən idmançıları və heyətləri salamlayıb, cüdonun Azərbaycanda ən sevilən idman növlərindən biri olduğunu deyib:
“Cüdo idman növü ölkədə populyardır. Azərbaycan böyük beynəlxalq turnirlərə dəfələrlə ev sahibliyi edib. Ölkədə cüdo üzrə dünya çempionatı keçirilib, ənənəvi olaraq hər il Bakı “Böyük dəbilqə” turniri təşkil olunur.
Bizim olimpiya və Avropa çempionlarımız var. Bu da o deməkdir ki, cənab prezident İlham Əliyevin qayğısı nəticəsində cüdo Azərbaycanda sürətlə inkişaf edir”.