- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı oyun qurucusu mükafatına namizədlərin siyahısını dərc edib.
Allsport.az xəbər verir ki, beynəlxalq qurum bu siyahıya 15 futbolçunu daxil edib.
Namizədlər arasında Lionel Messi (“İnter Mayami”), Kevin de Brüyne (“Mançester Siti”), Cud Bellinqem (“Real Madrid”), Toni Kroos (təqaüddə), Bruno Fernandeş (“Mançester Yunayted”), Hakan Çalhanoğlu (“İnter”), Camal Musiala (“Bavariya”), Martin Odeqaard (“Arsenal”), Dani Olmo (“Barselona”), Florian Virtz (“Bayer Leverkusen”), İlkay Gündoğan (“Mançester Siti”), Xames Rodriqes (“Rayo Valyekano”), Yunus Musa (“Milan”), Məhəmməd Kudus (“Vest Hem”) və Li Kanq-İn (PSJ) var.