- Baxış sayı: 27
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

FİDE yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ilk 10-luqda Azərbaycanın heç bir təmsilçisi yer almayıb. Teymur Rəcəbov (2747) 11-ci, Şəhriyar Məmmədyarov (2740) 14-cü, Qədir Hüseynov (2661) 84-cü pillədə qərarlaşıb. Rauf Məmmədov və Nicat Abbasov “100-lük”dən kənarda qalıb.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) 2-ci, rusiyalı Yan Nepomnyaşi (2793) 3-cü yerdədir.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-ci, Gövhər Beydullayeva (2387) 63-cü, Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cı pillədədir.