- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişilər arasında ilk Azərbaycan çempionu Rauf Hacılının 50 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, o, 1972-ci il 16 yanvar tarixində Sumqayıt şəhərində anadan olub. Ömrünün böyük hissəsini şahmata həsr edib, 1992-ci ildə müstəqil Azərbaycanın ilk çempionatının qalibi olub.
2 il sonra 2-ci dəfə ölkə çempionu titulunu qazanan səbəbkar, müxtəlif beynəlxalq turnirlərdən Vətənə medalla qayıdıb, təxminən 7 il kişilərdən ibarət Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatı və Ümumdünya şahmat olimpiadalarında çıxış edib. Müxtəlif illərdə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının məşqçisi olub.
1996-cı ildən məşqçiliyə başlayan Rauf Hacılı ölkədə yeni şahmat nəslinin inkişafında da yaxından iştirak edib. Tanınmış şahmatçı Avropa çempionu Vüqar Həşimov R.Hacılının ilk tələbələri sırasında olub. Sonrakı illərdə R.Hacılı hazırda milli komandanın üzvləri olan Nicat Məmmədov və üçqat Avropa çempionu Rauf Məmmədovla işləyib.
Beynəlxalq usta Rauf Hacılı həm də şahmat üzrə beynəlxalq hakim dərəcəsinə malikdir. 2002-ci ildən aktiv şahmatdan ayrılan Rauf Hacılı hazırda ixtisası üzrə Azərbaycan Beynəlxalq Bankında işləyir.
Azərbaycan şahmat federasiyasının kollektivi Rauf Hacılını şahmat ictimaiyyəti adından təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və müvəffəqiyyətlər arzu edir!