- Baxış sayı: 43
- 27 Mart 2025 12:16
- Baxış sayı: 54
- Mart 24, 2025
- 0
Azərbaycan şahmat federasiyası ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək layihəni həyata keçirəcək. Allsport.az xəbər verir ki, bununla bağlı qurumun prezidenti Mahir Məmmədovun rəhbərliyi altında təşkilat komitəsinin iclası keçirilib.
O, beynəlxalq turnirlər silsiləsinin ölkə şahmatında ilk olduğunu qeyd edib və bütün yarışların yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayıb.
2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu” çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq open yarış təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.
Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-3 iyulda “Shamakhı Open”, 6-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək. “Azərbaycan şahmat turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.
“Azərbaycan şahmat turu”yla əlaqədar AŞF tərəfindən nəfis tərtibatda yeni sayt istifadəyə verilib. Chess.az saytında şahmatçılar rahat şəkildə turnirlər üçün qeydiyyatdan keçməklə yanaşı həm də yarışla bağlı son xəbərləri izləmək imkanı əldə edəcək.
Bütün turnirlərdə yerli şahmatçılarla yanaşı həm də xarici iştirakçıların o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.