- Baxış sayı: 34
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 187
- Yanvar 15, 2025
- 0
“Shamkir Chess-2018” superturnirinin 3-cü turunda Maqnus Karlsenlə heç-heçə oynayan Rauf Məmmədov matçdan sonra mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, həmyerlimizdən fərqli, norveçli dünya çempionu KİV önünə çıxmaqdan imtina edib. 3-qat Avropa çempionumuz bu məsələyə belə münasibət bildirib:
“Onu Maqnus Karlsendən soruşun. Təbii ki, nəticədən narazıdır. Normal yanaşıram. Maqnus dünya çempionu və FİDE reytinqində lider şahmatçıdır. Mən isə Şəmkirdə reytinqə görə sonuncu iştirakçıyam. Buna qədər ona dəfələrlə uduzmuşam. Maqnusa məğlubiyyətim normaldır. O dünya çempionudur və məndən güclü şahmatçıdır.”