İlk dəfə ölkəmizdə taekvondoçuların mükafat yarışı və komandalararası dünya çempionatı

Taekvondo üzrə qran-prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək. Allsport.az xəbər verir ki, adı ilk çəkilən turnir 9-10, digəri 12-13 dekabrda “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Mükafat yarışında dünyanın 16 reytinqli kişi və qadın dayanq ustaları mübarizə aparacaqlar. Qaliblər 6000 dollar və 80 reytinq xalı, bürünc medalın sahibi 3000 dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı qazanacaq. 12-13 dekabrda keçiriləcək milli komandalar arasında dünya çempionatında isə 8 komanda yarışacaq.

11- dekabr tarixində qala gecə təşkil olunacaq. Ən yaxşı taekvondoçu, ən yaxşı baş məşqçi və ən yaxşı milli federasiya bu mərasimdə mükafatrandırılacaq.

Olimpiya çempionu Radik İsaevin də yer aldığı millinin heyəti yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, kişilərdən ibarət millimiz ötən il Meksikada təşkil edilən komandalararası dünya çempionatının qalibi olub.

Həmin kateqoriyadan