İlk final oyunlarının tarixi məlum olub

Allsport.az xəbər verir ki, voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub.

Kişi voleybolçuların yüksək liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda “Xarı bülbül” və “Murov” kollektivləri, bürünc medal uğrunda isə “Neftçi” və MOİK komandaları üz-üzə gələcəklər.

Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. “Abşeron” və “Azərreyl” çempionu, UNEC və “Murov” isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.

Növbəti final və üçüncülük uğrunda qarşılaşmaların keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.

Yüksək liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə 3 qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə 4-cü və 5-ci qarşılaşmalar təşkil olunacaq.

Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda
11 aprel
1-ci oyunlar
17:00 “Neftçi” – MOİK
19:00 “Xarı bülbül” – “Murov”

Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda
12 aprel
1-ci oyunlar
15:00 “Azərreyl” – “Abşeron”
17:00 “Murov” – UNEC

Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.

Həmin kateqoriyadan