- Baxış sayı: 48
- 24 Mart 2026 23:23
- Baxış sayı: 90
- Mart 25, 2026
- 0

Finlandiyanın Vantaa şəhərində gənc cüdoçuların Avropa birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, millimiz ilk günü uğurlu çıxış edib. Rövşən Əliyev gümüş, Əhməd Yusifov (hər ikisi – 60 kq) və İbrahim Əliyev (66 kq) bürünc medal qazanıblar.
Davud Abbaslı (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) 5-ci olublar. Qeyd edək ki, yarışda 44 ölkədən 358 cüdoçu iştirak edir. Azərbaycan 9 oğlan və 5 qız cüdoçu ilə qatılıb.