- Baxış sayı: 71
- 24 Mart 2026 23:23
- Baxış sayı: 126
- Mart 25, 2026
- 0

Latviya paytaxtı Riqada yeniyetmə cüdoçuların Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günü Azərbaycan millisi üçün uğurlu olub.
Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gəliblər. Aydın Rzayev (60 kq) yalnız finalda uduzub.
Daha 2 cüdoçumuz, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.
Adı 2-ci çəkilən cüdoçumuz finalda Rusiyanı təmsil edən erməni əsilli Samvel Mxitaryanı məğlub edib.
