- Baxış sayı: 45
- 24 Mart 2026 23:23
- Baxış sayı: 24
- Mart 25, 2026
- 0

İsrailin paytaxtı Təl-Əvivdə cüdoçuların Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü bizdən ən yaxşı nəticəni 66 kq-da Orxan Səfərov göstərib.
O, 3-cü yer uğrunda görüşdə belaruslu həmkarına uduzaraq 5-ci olub. Bu çəkidə yarışan digər təmsilçimiz Nicat Şıxəlizadə 7-ci yer tutub.
Vüqar Şirinli (60 kq), qadında Leyla Əliyeva, Bazarraqça Ərdənəbat (48 kq), Gültac Məmmədəliyeva, Buyanxışıq Purevsuren (52 kq), Ülviyyə Rəhimli və İçinxorlo Munxtsedev (57 kq) ilkin mərhələdə yeniliblər.