- Baxış sayı: 48
- 24 Mart 2026 23:23
- Baxış sayı: 90
- Mart 25, 2026
- 0

Fövqəladə hallar nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” idman-sağlamlıq mərkəzində yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinin ilk yarış günündə mükafatçılar müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, qızlarda Minarə Əşrəfova (36 kq), Vüsalə Hacıyeva (48 kq), Kamilla Toholliyeva (63 kq); oğlanlarda Famil Əzizov (46 kq), Nizami İmranov (60 kq), Camal Bağışov (81 kq) qalib adını qazanıblar.