- Baxış sayı: 70
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Sumqayıt olimpiya idman kompleksində U-23 gənclərin Azərbaycan birinciliyində ilk günün qalibləri məlum olub. Allsport.az saytı xəbər verir ki, oğlanların mübarizəsində Rəşad Yelkiyev (60 kq) və İlkin Babazadə (66 kq) qızıl medal qazanıblar.
Qızlarda Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səkinə Zairova (57 kq), Günel Bəkirzadə (63 kq), Aidə Baxışova (70 kq), Mehriban İmanzadə (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İki gün davam edəcək ölkə birinciliyinin ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) çıxış edir. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxıb.