- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 142
- Fevral 06, 2026
- 0

Bu gün Bakı idman sarayında cüdoçuların ölkə çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan millisinin üzvləri və 56 klubdan 500-ə yaxın idmançı qüvvəsini sınayır.
Noyabrın 20-də saat 18:00 tədbirin təntənəli açılışı oldu. Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, cüdo federasiyasının baş katibi Elmar Babanlı çıxış etdilər.
İlk gündə kişilərdə Rəşad Yelkiyev (60 kq; “Dinamo”), Rüfət Məmmədov (73 kq; “Neftçi”), Məmmədəli Mehdiyev (90 kq; “Neftçi”), qadınlarda Leyla Əliyeva (48 kq; “Neftçi”), Elmira Mustafayeva (57 kq; “Dinamo”), və Aytəkin Paşazadə (+78 kq; Zərdab) qalib oldular.