- Baxış sayı: 55
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 175
- Fevral 09, 2026
- 0

Dərnəgül voleybol mərkəzində keçirilən superliqanın 2-ci turunda UNEC klubu təcrübəli “Murov”la bacarmayıb və 0:3 uduzub. Slavyan universitetində ali təhsil alan “iqtisadçılar”ın liberosu Nəzrin Paşazadə allsport.az saytına açıqlamasında bunu təcrübəsizliklə əlaqələndirib:
“Oyun haqqında onu deyə bilərəm ki, debüt idi. Özüm də karyeramda ilk peşəkar matçıma çıxdım. Təbii, həyəcan və ab-hava oyunuma təsir etdi. Amma yaxşı çıxış etməyə çalışdım. Allah qoysa, növbəti görüşlərdə daha yaxşı oyun nümayiş etdirəcəyik”.