- Baxış sayı: 35
- 24 Mart 2026 18:39
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Oyun 2:1 hesabıyla Elazığ təmsilçisinin xeyrinə başa çatıb.
Cavid meydana start heyətdə çıxıb. O, hesab 2:0 komandasının xeyrinə olarkən, 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Elazığspor” hazırda 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.