- Baxış sayı: 66
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
AŞF-nin və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov qrossmeyster Teymur Rəcəbovun “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn “Airthings Masters” turnirində çıxışına şərh verib. Allsport.az saytı xəbər verir ki, o, qələbəni Azərbaycan şahmat məktəbinin uğuru və xalqımızın intellektual potensialının göstəricisi olduğunu deyib:
“Teymur final görüşünün hər iki günündə özünü yüksək səviyyədə göstərdi, bütün partiyalarda vəziyyətə nəzarəti özündə saxladı. İkinci günün birinci partiyası hər iki şahmatçı üçün şanslar və taktiki imkanlarla zəngin idi. Bu mübarizədən Teymur layiqincə çıxdı. Nəticədə “daimi şah” alındı. Bu, artıq Teymurun mənəvi qələbəsi idi. İkinci partiya nəzəri heç-heçə vəziyyətində olsa belə, Teymur Rəcəbov incə nüanslarla Levon Aronyanı qaçılmaz məğlubiyyət qarşısında qoydu.
Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev digər şahmatçılarımız kimi, Teymurun da uğurlarını daim diqqət mərkəzində saxlayıb, daim ona dəstək olublar. Təkcə Teymur deyil, Azərbaycanın şahmat ailəsi daim dövlətimizin başçısının diqqət və qayğısını hiss edib.
Teymur Rəcəbov 2019-cu ilin sonunda Azərbaycan şahmatı tarixində ilk dəfə dünya kubokunun qalibi oldu. O, həmin qələbədən sonra yaxşı idman formasını davam etdirir. Biz gələcəkdə də ondan və digər şahmatçılarımızdan böyük uğurlar gözləyirik. 2021-ci il şahmatımız üçün Teymur Rəcəbovun qələbəsi ilə başladı. İnanırıq ki, qələbələrimiz davamlı olacaq”.